Ağstafa

Ağstafada arı vurması nəticəsində ölən gənc dəfn zamanı ayılıb

10 iyul / 20:50 2 dəq
7766f9ec f9a3 3d26 9b4c f144c57ebdb9
10 iyul / 20:50
Burada sizin reklamınız ola bilər

24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbristanlıqda məlum olub ki, o, sağdır.

 

Dərhal yaxınları İ.Qəhrəmanovu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, İlqar Qəhrəmanov həqiqətən də dünyasını dəyişməyib.

 

Lakin vəziyyəti ağır olub. İ.Qəhramanov bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.YENİLƏNİB❗️Kənd sakinlərinin bildirdiyinə görə, onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.

 

Belə ki, İlqar Qəhrəmanov dünən günortadan sonra vəfat etdiyi üçün adət-ənənəyə görə onun dəfni bu gün səhər saatlarına saxlanılıb. Meyitin evdə səhərə kimi qoxu yaymaması və şişkinlik yaratmaması üçün qan laxtalaşdırıcı iynə vurulub.

Kənd sakinlərinin bildirdiyinə görə, onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.

Paylaş
Burada sizin reklamınız ola bilər