Ağstafada “8 Noyabr-Zəfər günü”nə həsr olunmuş Karate üzrə yarış keçirilib
Ağstafa rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Asif Abdullayev adına şəhər 2 saylı tam orta məktəbin idman zalında “8 Noyabr-Zəfər günü” nə həsr olunmuş Karate üzrə açıq rayon birinciliyi keçirilib.
“Qərb Xəbər” bildirir ki, birincilikdə Ağstafa idmaciları ilə yanaşı Tovuz, Qazax rayonlarından və Gəncə şəhərindən ümumilikdə 96 nəfər idmançı iştirak edib.Birinciliyin rəsmi açılış mərasimində idmançılar tərəfindən canlı olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gərgin mübarizə şəraitində davam edən birinciliyin sonunda qalib olmuş idmançılar Ağstafa rayon Gənclər və idman idarəsinin diplom və medalları ilə təltif olunublar.




