Ağstafa

Ağstafada 62 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

17 may / 20:16 1 dəq
IMG 20210516
17 may / 20:16
Burada sizin reklamınız ola bilər

Ağstafada qətl törətməkdə şübhəli bilinən şəxs həbs olunub.

“Qərb Xəbər”in məlumatına görə, Köçəsgər kənd sakini Çiçək Əkbərovanı öldürməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tural Məmmədov Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Saxlanılan şəxsin Ç.Əkbərovanın qohumu olduğu bildirilir.

Məlumata görə, o, qadını öldürdükdən sonra evi qarət edib. T.Məmmədov mənzildən Ç.Əkbərovaya məxsus 1 cüt sırğa aparıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər