Ağstafa

Ağstafa sakini qətlə yetirilib

14 iyun / 12:07 1 dəq
Cf3d12dd 323d 491b 9c3f fdeecae0aeab
14 iyun / 12:07
Burada sizin reklamınız ola bilər

Ağstafa rayonunda qətl hadisəsi törədilib.

“Report”un məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Heydərov Tural Misir oğlu ilə 1981-ci il təvəllüdlü Şəmilov Hürriyyət Qavrel oğlu arasında dava olub. Dava zamanı tərəflər bir-birlərinə bıçaq xəsarətləri yetiriblər. 

Nəticədə H.Şəmilov ölüb, T.Heydərovun saxlanıldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Cinayətin başvermə səbəbləri isə hələki məlum deyil.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər