Hadisə

Ağstafa Rayonunun keçmiş İcra Başçısı Ayvazalı Orucov bu gün dəfn olundu

15 oktyabr / 15:27 3 dəq
Ayvazalı
15 oktyabr / 15:27
Burada sizin reklamınız ola bilər

Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ayvazalı Orucov dünən ( 14.10.2025) dünyasını dəyişib.

Bu gün məhrumla onun öz evində vida mərasimi keçirilib. Mərasimə Ağstafa, Qazax və digər ətraf rayonlardan qatılanlar olub. Həmçinin  keçmiş Baş nazir Pənah Hüseyn,keçmiş millət vəkili Arzu Səmədbəyli,Prezident Elçibəyin köməkçisi Oqtay Qasımov və digər şəxslər qatılıb.

Mərhum Ayvazalı Orucov Ağstafa şəhər qəbirsanlığında dəfn edilib. Dəfn mərasimində keçmiş Baş nazır Pənah Hüseyin çıxış edib.

Qerbxeber.com  Ayvazalı Orucovun ömür yolunu təqdim edir:

Ayvazalı Həmid oğlu Orucov 1961-ci il martın 11-də Qazax rayonunun Qaçaq Kərəm kəndində anadan olub. 1968–1978-ci illərdə Ağstafa şəhər 24 saylı Dəmir Yol Məktəbində (indiki 3 saylı tam orta məktəb) təhsil alıb, daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki İnşaat və Memarlıq Universiteti) daxil olub və 1983-cü ildə həmin ali məktəbi bitirib.

1980-ci illərin sonlarından ölkədə baş verən siyasi proseslərə biganə qalmayan Ayvazalı Orucov 1988-ci ildən Milli Azadlıq Hərəkatına qoşulub. O, meydan hərəkatının fəal üzvlərindən biri kimi Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və milli idealların reallaşmasında mühüm rol oynayıb.

Ayvazalı bəy Ermənistanın təcavüzünə qarşı silahlı müqavimət hərəkatında da yaxından və bilavasitə iştirak edib.

Müstəqillik əldə edildikdən sonra, 1992–1993-cü illərdə o, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Ayvazalı Orucov fəaliyyət dövründə prinsipiallığı, vətənpərvərliyi və sadəliyi ilə tanınıb.

Vəfat etməsi səbəbi xərçəng xəstəliyi ilə bağlıdır. Ailəli idi, dörd övladı, üç qızı və bir oğlu var.

Allah rəhmət eləsin.

Paylaş
Burada sizin reklamınız ola bilər