Kateqoriyasız

Ağdamda silah-sursat aşkarlanıb

15 fevral / 16:29 1 dəq
AnyConv.com b3604309 ca4e 3f2d baef 044a0432ed2b
15 fevral / 16:29
Burada sizin reklamınız ola bilər

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun yaydığı məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Güllücə kəndi ərazisində xidmətdə olarkən məhv edilən düşmən ordusunun vaxtilə qurduğu səngər və istehkamlara baxış keçiriblər.

Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 9 ədəd əl qumbarası, 9 ədəd qumbara alışdırıcısı və 1 ədəd RPQ-18 qumbaraatanı aşkar edilərək götürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər