Kateqoriyasız

Ağdama 60-a yaxın top mərmisi atılıb

4 noyabr / 11:48 1 dəq
9a211c37 7e6d 314d affa d9506a82ab2e 850 (1)
4 noyabr / 11:48
Burada sizin reklamınız ola bilər

Noyabrın 4-ü saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşə tutmaqda davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Dinc sakinləri hədəfə alan Ermənistan silahlı qüvvələri rayonun Qaradağlı, Mahrızlı, Çəmənli, Əhmədağalı, Qərvənd və Böyükbəyli kəndlərinə ümumilikdə 60-a yaxın top mərmisi atıb.

Top mərmilərdən biri Böyükbəyli kəndi ərazindəki otlaq sahəyə düşüb. Nəticədə 4 baş qoyun tələf olub.

Paylaş
Burada sizin reklamınız ola bilər