Dünya

Ağ Ev: ABŞ və Çin liderləri bir həftə ərzində danışa bilər

1 iyun / 22:54 1 dəq
6c679a60 23c2 304e 9eb8 f8ce68114ce0 850
1 iyun / 22:54
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında söhbət bir həftə ərzində baş tuta bilər.

Qerbxeber.com xəbər verir ki, bunu Ağ Evin milli iqtisadi şurasının rəhbəri Kevin Hassett “ABC News”a müsahibəsində deyib.

“Bunun konkret tarixə təyin olunduğuna əmin deyiləm, lakin onlar arasında Cenevrədə əldə olunmuş razılaşma barədə müzakirələr aparılıb və bunu irəliyə doğru böyük addım kimi qəbul etdik. Prezident Trampın istəyi bu həftə danışmaqdır”.

Kevin Hassett hesab edir ki, hər iki tərəf söhbətdə maraqlıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər