Kateqoriyasız

Adı ÇOXMİLYONLUQ RÜŞVƏT QALMAQALINDA hallanan keçmiş Azərbaycan məmurunun ayaqları tutuldu – İbrətamiz…

1 fevral / 13:18 1 dəq
Tagi ahmad
1 fevral / 13:18
Burada sizin reklamınız ola bilər

Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti yenidən pisləşib.

“Qərb Xəbər” yenisabah.az-a istinadən xəbər verir ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.

Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanının məhdudlaşdığı bildirilir. Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün “Ömür” klinikasında müayinədən keçib.

Klinikaya əlil arabasında gələn Əhmədovu bir neçə yaxın qohumu müşayiət edib.

T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.

Qeyd edək ki, sözügedən klinika T.Əhmədovun özünə məxsusdur.

Qerbxeber

Paylaş
Burada sizin reklamınız ola bilər