Hadisə

“Abzas Media”nın direktoru və baş redaktoru barəsində həbs qətimkan tədbiri seçilib

22 noyabr / 09:22 1 dəq
D2c5447b 367e 3c81 9bf7 e14ddea05441 850 (1)
22 noyabr / 09:22
Burada sizin reklamınız ola bilər

Saxlanılan “Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

“Qərb Xəbər” məlumat verir ki, Xətai rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Sevinc Abbasova barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər