Dünya

Trampın prezident seçkilərində iştirakına icazə verildi

15 noyabr / 09:14 2 dəq
Tramp
15 noyabr / 09:14
Burada sizin reklamınız ola bilər

Miçiqan məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci ildə Kapitol basqınında roluna baxmayaraq, 2024-cü ildə prezidentliyə namizəd ola biləcəyinə qərar verib.

“Qərb Xəbər” verir ki, bu barədə “Associated Press” məlumat yayıb .

Bildirilib ki, Trampın namizədliyi ştatın ilkin səsvermə bülletenində qalacaq. Hakim Trampın Kapitoliyə hücumda rolunun onun yenidən seçilmək iddiasını məhdudlaşdırdığına dair arqumentləri rədd edib.

Bundan əvvəl ABŞ-da seçicilər arasında Trampın dəstəyinin artdığı bildirilirdi. Xüsusilə, o, ən mühüm altı ştatdan beşində – Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniya ştatlarında seçici dəstəyinə görə indiki dövlət başçısı Co Baydeni qabaqlaya bilib.

2020-ci ildə Tramp ABŞ prezident seçkilərində Co Baydenə uduzub. Bundan sonra etiraz əlaməti olaraq 6 yanvar 2021-ci ildə tərəfdarları Kapitoliyə basqın ediblər.

Trampın məhkəməsi Kapitoli zəbt etməyə cəhdlə bağlı 2024-cü il martın 4-nə təyin edilib.

Trampın yenidən iştirak etməyi planlaşdırdığı prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər