Dünya

ABŞ Yaxın Şərqə qoşun göndərməyi düşünür

13 oktyabr / 09:49 1 dəq
E80c3299 50a8 35a9 a416 116f0b1cc4e0
13 oktyabr / 09:49
Burada sizin reklamınız ola bilər

ABŞ Yaxın Şərqə qoşun göndərməkdən imtinasını yenidən nəzərdən keçirə bilər.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə “Politico” qəzeti prezident Cozef Baydenin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Belə ki, qərara yenidən baxılması ideyası HƏMAS-ın girov böhranı ilə əlaqədar gündəmə gəlib.

“Bayden administrasiyası girov saxlanılan amerikalıların azad edilməsi səyləri çərçivəsində Qəzzaya qoşunlar, o cümlədən xüsusi təyinatlılar göndərilməsini istisna edib. Lakin Ağ Evin yüksək rütbəli rəsmisi tərəfindən açıqlanan qərara yenidən baxıla bilər”,-məlumatda vurğulanıb.

Nəşr qeyd edib ki, yekun nəticə münaqişənin eskalasiya səviyyəsindən asılı olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər