ABŞ “Vaqner”i transmilli cinayətkar təşkilat elan edib
ABŞ Rusiyanın “Vaqner” özəl hərbi şirkətini transmilli cinayət təşkilatı kimi təsnif etmək qərarına gəlib və gələn həftə ona qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
“Qərb Xəbər” TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.




