Dünya

ABŞ və İran arasında danışıqların ikinci raundunun yeri dəyişdirildi

18 aprel / 09:02 1 dəq
Indir 2025 04 18t090131.881
18 aprel / 09:02
Burada sizin reklamınız ola bilər

İran və ABŞ arasında Tehranın nüvə proqramı ətrafında yaranmış fikir ayrılıqlarının həllinə həsr olunmuş ikinci danışıqlar raundu 19 aprel tarixində Romada baş tutacaq.

Qerbxeber.com xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu şənbə günü Romada İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları nümayəndələri arasında danışıqların ikinci raundu keçiriləcək. Danışıqların məqsədi ədalətli və davamlı sazişə doğru irəliləyiş əldə etməkdir”, – deyə nazirliyin bəyanatında qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər