Dünya

ABŞ sentyabrda Ukraynaya dəstək üçün 4,9 milyard dollar ayıracaq

15 aprel / 09:25 1 dəq
Indir 2023 04 15T092512.033
15 aprel / 09:25
Burada sizin reklamınız ola bilər

ABŞ 2023-cü ilin sentyabrında Ukraynaya maliyyə yardımı olaraq 4,9 milyard dollar ayıracaq.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, Amerika Birləşmiş Ştatları Dünya Bankının mexanizmləri vasitəsilə Ukrayna hökumətinə 18 milyard dollar büdcə dəstəyi verib:

“Sentyabrda əlavə 4,9 milyard dollar əldə etmək mümkün olacaq”,- məlumatda vurğulanıb.

Bir müddət əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh bildirib ki, ABŞ hakimiyyəti bu ilin sonuna qədər Kiyevə “Abrams” tanklarını göndərmək niyyətindədir.

Paylaş
Burada sizin reklamınız ola bilər