Siyasət

ABŞ səfirliyi Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad etdi

27 sentyabr / 18:26 1 dəq
2024 10 09 11 56 22ud6anp94rk70npo7dzo0 file
27 sentyabr / 18:26
Burada sizin reklamınız ola bilər

ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycanda 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini yad edirik. Avqustun 8-də Vaşinqtonda Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcının şahidi olduq və ABŞ bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək.
Birləşmiş Ştatların Bakıdakı səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir”, – paylaşımda bildirilib.
Paylaş
Burada sizin reklamınız ola bilər