Dünya

ABŞ Rusiyanın qərarından sonra Gürcüstana yenidən sanksiyalarla bağlı xəbərdarlıq edib

23 may / 11:56 1 dəq
D06f91d17053f6170834a32cb9bdc735
23 may / 11:56
Burada sizin reklamınız ola bilər

“Biz Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahatıq”.

“Qərb Xəbər”24News.ge istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

O bildirib ki, bu narahatlıq Gürcüstan hava limanı şirkətlərinin sanksiya riski altında ola biləcəyi anlamına gələ bilər:

“Bir çox Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edir. Biz Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahatıq. Bu o deməkdir ki, Gürcüstan hava limanı şirkətləri sanksiyalarla üzləşə bilər. Biz, bütün Qərb cəmiyyəti özümüzü bu rejimdən uzaqlaşdırmışıq və indi Rusiya ilə münasibətləri artırmaq vaxtı deyil”, – deyə Departamentin sözçüsü bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər