ABŞ Rusiya və Ukrayna liderlərini biraraya gətirmək üçün hazırlıqlara başladı
ABŞ, Rusiya və Ukrayna liderlərinin mümkün üçtərəfli görüşünə hazırlıqlar başladılıb.
Bu barədə ABŞ-ın prezidenti Donald Tramp “Fox News” telekanalına açıqlamasında məlumat verib.
Trampın sözlərinə görə, Ağ Evdə tərəflərin – onun, Rusiya Prezidenti Vladimir Putinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə görüşün təşkili üçün ilkin hazırlıqlar gedir.
“Putin də, Zelenski də mənim bu görüşdə iştirak etməyimi istəyirlər,” – deyə Tramp əlavə edib.




