Dünya

ABŞ Rusiya, İran və KXDR-i yeni sanksiyalarla hədələyib

5 yanvar / 10:13 1 dəq
B7310873 f268 33f6 8b17 8078f1781b18
5 yanvar / 10:13
Burada sizin reklamınız ola bilər

ABŞ Rusiya ilə İran və KXDR arasında hərbi əməkdaşlığa qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

“Qərb Xəbər” Reporta istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Şimali Koreya, eləcə də Rusiya və İran arasında silah transferi üzərində işləyənlərə sanksiya tətbiq olunacaq.

Bundan əlavə, Vaşinqton KXDR və İrandan Rusiyaya silah tədarükü ilə bağlı məlumatları dərc etməyə davam edəcəyinə söz verib.

Paylaş
Burada sizin reklamınız ola bilər