Dünya

ABŞ-Rusiya danışıqlarının detalları açıqlandı

25 mart / 13:46 1 dəq
Abs Rusiya
25 mart / 13:46
Burada sizin reklamınız ola bilər

Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması məsələsi ilə bağlı Ər -Riyadda aparılan danışıqlar zamanı çətin, lakin faydalı dialoq baş tutub.

Qerbxeber.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə senator Qriqori Karasin bildirib.

“Hər şey müzakirə olundu, zəngin, çətin dialoq oldu, lakin bizim və amerikalılar üçün çox faydalı oldu. Bir çox məsələlər müzakirə olundu. Təbii ki, hər şey qərarlaşdırılmayıb, hər şey razılaşdırılmayıb, amma belə bir söhbətin baş tutması, mənə elə gəlir ki, çox vaxtındadır”, – Rusiya nümayəndəsi qeyd edib.

Karasin vurğulayıb ki, Rusiya-Amerika danışıqları davam etdiriləcək, BMT və bir sıra digər ölkələr də onlara qoşulacaq. Bundan əlavə, o, ABŞ-ın indiki prezident administrasiyasının konstruktiv tonuna işarə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər