Dünya

ABŞ Qəzza ilə bağlı mitinqlərdə iştirak etmiş 300-dən çox tələbənin vizasını ləğv edib

28 mart / 10:18 1 dəq
67e63d0c82da367e63d0c82da4174314215667e63d0c82da167e63d0c82da2
28 mart / 10:18
Burada sizin reklamınız ola bilər

ABŞ Dövlət Departamenti Qəzza ilə bağlı mitinqlərdə iştirak etmiş 300-dən çox tələbənin vizasını ləğv edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio keçirdiyi mətbuat konfransında türkiyəli tələbə Rumeysa Öztürkün mülki geyimdə olan maskalı şəxslər tərəfindən saxlanılması ilə bağlı suala cavabında bildirib.

“Məncə hazırda onların sayı 300-dən çoxdur. Biz bunu hər gün edirik. Mən hər gün bu lunatiklərdən birini tapdığım zaman vizasını ləğv edirəm”, – Rubio deyib.

ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton “universtitetlərdə vandallıq, tələbələrə qarşı zorakılıq, binaları ələ keçirmə” kimi fəaliyyətlərdə iştirak edən tələbələrə verilmiş istənilən vizanı ləğv edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər