Dünya

ABŞ məhkəməsi Trampın qərarına veto qoyub

24 may / 09:16 1 dəq
6830aff9162ef6830aff9162f017480212416830aff9162ed6830aff9162ee
24 may / 09:16
Burada sizin reklamınız ola bilər

ABŞ-ın federal məhkəməsi Prezident Donald Tramp administrasiyasının Harvard Universitetinə xarici tələbələrin qəbulunu qadağan edən qərarını bloklayıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, məhkəmənin çıxardığı müvəqqəti qərar hökumətə Harvard Universitetini xarici tələbələri qəbul etmək hüququ verən sertifikasiyadan məhrum etməyə imkan vermir.

Qeyd edək ki, mayın 22-də “The New York Times” qəzeti Tramp administrasiyasının Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmək icazəsini dayandırdığını yazmışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər