Dünya

ABŞ İsraildən Ukraynaya “Patriot” kompleksi üçün 90 raket göndərəcək

29 yanvar / 13:16 1 dəq
7c2bab76 a666 3673 aba8 7f147dd92a71
29 yanvar / 13:16
Burada sizin reklamınız ola bilər

ABŞ hərbçiləri daha sonra Ukraynaya təhvil verilməsi məqsədilə İsraildən Polşaya “Patriot” zenit-raket kompleksi üçün təxminən 90 raket göndəriblər.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Bu, Ukraynada hərbi əməliyyatların başlanmasından bəri İsraildən ən böyük silah tədarüküdür.

İsrail 2024-cü ilin aprelində “Patriot” hava hücumundan müdafiə sistemini silahlanmadan çıxarıb. Ölkə öz sistemlərindən istifadəyə keçib.

Qeyd olunur ki, silah tədarükü ilə bağlı yekun qərar İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən sentyabrda qəbul edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər