Yaxın Şərq

ABŞ İrana 15 bəndlik təklif göndərdi

Bu gün / 12:24 1 dəq
ABŞ İran bayr
Bu gün / 12:24
Burada sizin reklamınız ola bilər

ABŞ Pakistan vasitəsilə İrana Yaxın Şərqdə müharibənin dayandırılması üzrə 15 bənddən ibarət plan təqdim edib. Tehranın bu planı danışıqlar üçün əsas kimi qəbul edib-etməyəcəyi hələlik məlum deyil.

Qerbxeber.com xəbər verir ki, bu barədə “The New York Times” nəşri mənbələrə istinadən yazır.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Vaşinqtonun planı İranın ballistik raket və nüvə proqramına, dəniz gəmiçiliyi məsələlərinə aiddir.

Qeyd edilir ki, ABŞ ilə İran arasında əsas vasitəçi Pakistan Quru Qoşunlarının komandanı Seyid Asim Munir olub.

Paylaş
Burada sizin reklamınız ola bilər