Siyasət

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlib

2 fevral / 09:22 1 dəq
0747f1f3 c4ef 3375 9def 543de12047c2
2 fevral / 09:22
Burada sizin reklamınız ola bilər

ABŞ Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlər keçirmək və IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edib.

Bu barədə “Qərb Xəbər”ə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.

Xanım Lokman Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edir. O, Azərbaycanın enerji layihələrinə ABŞ-nin dəstəyini, eləcə də Cənub Qaz Dəhlizi də daxil olmaqla, Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə Azərbaycanın əhəmiyyətini müzakirə edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər