Dünya

ABŞ-də Ukraynaya kömək üçün alternativ qanun layihəsi təklif edilib

20 fevral / 08:54 1 dəq
65d4217fd3ff565d4217fd3ff6170840102365d4217fd3ff365d4217fd3ff4
20 fevral / 08:54
Burada sizin reklamınız ola bilər

ABŞ Nümayəndələr Palatasının qanunvericiləri Brian Fritspatrik və Ceyred Qolden Ukrayna və İsrailə yardım göstərmək üçün qanun layihəsinin alternativ variantını təklif ediblər.

Qerbxeber.com xəbərinə görə, bu barədə onların “The Hill” nəşrinə istinadən yaydığı məktubda deyilir.

Millət vəkilləri həmkarlarını qanun layihəsini dəstəkləməyə çağırıblar.

“Ukraynanın mövqeyi təhlükə altındadır. Sursatları qurtarıb geri çəkilirlər. Bu, Konqresdəki çıxılmaz vəziyyətin birbaşa nəticəsidir”, – məktubda deyilir.

Onların fikrincə, Ukrayna Amerikadan silah və sursat almasa, “uğursuzluğa düçar olabilər”.

Alternativ qanun layihəsi Ukrayna üçün təxminən 47 milyard dollar maliyyə yardımı təklif edir.

Paylaş
Burada sizin reklamınız ola bilər