ABŞ-də 22 nəfəri öldürüb, 60 nəfəri yaralayan şəxs intihar edib
Amerikanın Men ştatının Lyuiston şəhərində baş verən atışmada şübhəli bilinən şəxsin meyiti tapılıb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə NBC News hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Hələlik rəsmi təsdiq olmasa da, şübhəli 40 yaşlı Robert Cardın intihar etdiyi deyilir.
Qeyd edək ki, oktyabrın 26-da ABŞ-də silahlı insident olub. Silahlı şəxs restoran, mağaza və əyləncə mərkəzinə daxil olaraq atəş açıb. Atışma nəticəsində 22 nəfər ölüb, 60 nəfər yaralanıb.
R.Carçılı




