Dünya

ABŞ bu yay Ukraynanı NATO-ya dəvət etməyi planlaşdırmır

2 may / 08:43 1 dəq
6632d819384d46632d819384d517146081536632d819384d26632d819384d3
2 may / 08:43
Burada sizin reklamınız ola bilər

Rəsmi Vaşinqton NATO-nun yay sammiti zamanı Ukraynanı alyansa üzv olmaq üçün dəvət etməyəcək.

Qerbxeber.com xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib.

O qeyd edib ki, NATO keçən il Vilnüsdə keçirilən sammit zamanı Ukraynanı öz sıralarında qəbul etməyə hazır deyildi və eyni mövqe indi də davam edir.

Smit ümid etdiyini bildirib ki, NATO müttəfiqləri alyansa üzvlük yolunda Ukraynaya konkret plan təklif edəcəklər.

Aprelin 29-da NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna Şimali Atlantika Alyansına qoşulmaq üçün “dönməz bir yoldadır”.

Eyni zamanda o qeyd edib ki, NATO-ya üzv ölkələr iyulda Vaşinqtonda keçiriləcək alyans sammitinə qədər Ukrayna dövlətinin üzvlük məsələsində razılığa gələ bilməyəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər