Dünya

ABŞ Avropa şirkətlərinin hamısını Rusiya bazarından çıxmaq istəyir

8 aprel / 09:53 1 dəq
Bed234fb 5d13 3357 ac24 a2a6c4a5236f
8 aprel / 09:53
Burada sizin reklamınız ola bilər

ABŞ Maliyyə Nazirliyi sanksiyalar və terrorizmin maliyyələşdirilməsi üzrə mütəxəssisləri Avropaya göndərəcək və orada şirkətləri Rusiya bazarından çıxmağa inandıracaq.

Bu barədə “Qərb Xəbər” “APA”ya istinadən xəbər verir.

Nazirliyin rəsmiləri Liz Rozenberq və Brayan Nelson Rusiya ilə hələ də iş aparan şirkətləri Ukraynaya qarşı davam edən müharibə səbəbindən Moskva ilə maliyyə əlaqələrini dayandırmağa inandırmaq üçün bir sıra Avropa ölkələrinə səfər etməyi planlaşdırır.

Mütəxəssislər İsveçrə, İtaliya və Almaniyanın maliyyə qurumlarının rəhbərləri ilə görüşəcəklər.

Onlar qarşı tərəfə sanksiyalardan yayınan potensial şəxslər haqqında məlumatları paylaşmağı və müəyyən edilmiş beynəlxalq məhdudiyyətlərə əməl etməməyə görə mümkün cəzalar barədə xəbərdarlıq etməyi planlaşdırırlar.

Paylaş
Burada sizin reklamınız ola bilər