Dünya

Abbas Əraqçi: Yaxın Şərqdə olan bütün ABŞ hərbi bazaları İran üçün legitim hədəfdir

3 mart / 07:37 1 dəq
Araqçı
3 mart / 07:37
Burada sizin reklamınız ola bilər

İran Yaxın Şərqdə yerləşən ABŞ-nin bütün hərbi bazalarını, hətta İrana qarşı zərbələr üçün istifadə olunmayan obyektləri belə legitim hədəf hesab etdiyini açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“ABŞ-nin bəzi bazaları bizə qarşı istifadə olunmasa belə, həmin bazalar yenə də bizim üçün legitim hədəfdir”, – deyə o vurğulayıb.

Bundan əvvəl “Vaşinqton Post” nəşri İran Silahlı Qüvvələrinin Bəhreyndə yerləşən hotelə pilotsuz uçuş aparatı ilə hücumu nəticəsində iki Pentaqon əməkdaşının yaralandığını yazmışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər