Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Koronavirusla bağlı mübahisəli məsələlər haqqında rəsmi açıqlama

8 aprel / 15:15 2 dəq
982b3759 ebd9 4472 9870 81806cde7f27
8 aprel / 15:15
Burada sizin reklamınız ola bilər

“Biz bu virusu sadəcə 3 aydır tanıyırıq. İsti havada koronavirusun yoxa çıxdığına dair fikirlər var, amma digər tərəfdən infeksiya isti ölkələrdə də aşkarlanıb. Bu məsələdə araşdırmalarımız davam edir”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer koronavirus ətrafında yaranmış iddialara və mübahisəli məqamlara münasibət bildirərkən deyib. 

Türkiyənin NTV kanalına danışan təşkilat rəsmisi isti havada koronavirusun yoxa çıxdığına dair iddianın hələlik dəqiq olmadığını bildirib.

Bundan başqa, K.Lindmayer pandemiyanın hazırda hansı dövründə olunduğuna dair suala da cavab verib: “Hazırda 1 milyondan çox koronavirus hadisəsi qeydə alınıb. Bu, çox böyük rəqəmdir. Bəzi ölkələrdə virus ümumiyyətlə daha yeni yayılmağa başlayır. Digər tərəfdən İtaliya, İspaniya və Fransada koronavirusdan günlük yoluxma hallarında azalma da görürük. Bu yaxşı xəbərdir. Sadəcə, bəlli olan budur ki, pandemiyanın son nöqtəsindən hələ çox uzağıq”.

ÜST-nin rəsmisi koronavirusa qarşı vaksinin hələlik sınaq mərhələsində olduğunu və bunun hazırlanıb milyonlarla insana paylanılması böyük vaxt alacağını da bildirib.

K.Lindmayer həmçinin virusun yayılması ilə bağlı mübahisəli məqamlara da aydınlıq gətirib:

“Virus hava ilə deyil, damcı yolu ilə ötürülür. Bu damcılar öskürdükdə və ya asqırdıqda 1 metr məsafəyədək yayıla bilər. Ancaq qışqırsanız və ya yüksək səslə danışsanız damcılar daha uzun məsafəyə sıçraya bilər. Ancaq bununla belə, havada qalmır, yerə düşürlər”.

“Koronavirus daşıyıcısı 1 nəfərin 5 nəfəri yoluxdurması sadəcə bir ortalamadır. Yoluxmuş şəxs 16 nəfəri də yoluxdura bilər. Düzdür, bu ortalamanı yenə də dəyişmir”, – əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı