Son Xəbərlər
Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Tramp Zelenski ilə telefonla danışdı Tramp və Putin arasında telefon danışı baş tutub Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Tramp Zelenski ilə telefonla danışdı Tramp və Putin arasında telefon danışı baş tutub
Dünya

Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək

Dünən / 22:02 3 dəq
Vens
Dünən / 22:02
Burada sizin reklamınız ola bilər

Vaşinqton administrasiyası, Tehran tərəfi Amerikanın şərtlərini yerinə yetirəcəyi təqdirdə, İran ilə münasibətləri köklü şəkildə dəyişməyə hazırdır. Eyni zamanda, son günlər Livanda atəşkəsin təmin olunması istiqamətində də mühüm irəliləyişlər qeydə alınır.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyanat verib.

ABŞ, İran və vasitəçi ölkələrin nümayəndələrinin iştirakı ilə İsveçrənin Bürgenştok qəsəbəsində keçirilən danışıqlar zamanı jurnalistlərin suallarını cavablandıran vitse-prezident Livan böhranı ilə bağlı müsbət dinamikanı xüsusi vurğulayıb:

“Son bir neçə gündə biz Livanda atəşkəs rejiminin qorunub saxlanılması istiqamətində böyük tərəqqinin şahidi olduq. Livanla bağlı proseslərin hazırkı gedişatından çox məmnunam. Qarşıda hələ əlavə işlər var, lakin biz bu fəaliyyəti davam etdirəcəyik”.

Münasibətlərin gələcək perspektivlərinə toxunan Cey Di Vens Ağ Ev rəhbərinin diplomatik kursunu diqqətə çatdırıb:

“Prezident Donald Tramp bizə yeni səhifə açmağı, İran xalqı ilə münasibətlərimizi dəyişməyi və onlara əl uzatmağı tapşırıb. Əgər İran rəhbərliyi regionda qeyri-sabitlik mənbəyi olmaqdan əl çəkməyə və uzunmüddətli perspektivdə nüvə silahı iddialarından imtina etməyə hazırdırsa, ABŞ bu ölkə ilə əlaqələrini fundamental şəkildə dəyişməyə tam hazırdır. Bizim hədəfimiz, şübhəsiz ki, budur”.

Vitse-prezident keçirilən məsləhətləşmələrə toxunaraq bildirib ki, hazırda əsas sual tərəflərin birlikdə nələrə nail ola biləcəyidir: “Biz yeni səhifə aça, Yaxın Şərqdəki münasibətləri daimi əsasda dəyişə bilərikmi, yoxsa köhnə metodlara qayıdacağıq? Biz köhnə üsullara qayıtmağa çalışmırıq, lakin təbii ki, hadisələrin bu cür inkişafı da tamamilə mümkündür”.

Cey Di Vens İsveçrədəki danışıqların bütün ixtilafları birdəfəlik həll etməyəcəyini, lakin tərəflərə ən vacib məsələləri aydınlaşdırmaq imkanı verəcəyini vurğulayıb:

“Bu gün texniki danışıqların başlanğıcı qoyuldu. Bu müzakirələr bütün fikir ayrılıqlarını dərhal aradan qaldırmayacaq. Lakin bu, tarixdə ilk dəfə bizə imkan verir ki, komandalar şəklində bir araya gələk, hər iki tərəf üçün nəyin daha böyük əhəmiyyət kəsb etdiyini anlayaq, bu məsələləri tənzimləyək və daha yaxşı gələcəyə doğru irəliləyək”.

Paylaş
Burada sizin reklamınız ola bilər