Qazaxıstanda AES tikiləcək
Rusiya mayın 28-də Qazaxıstanla bu ölkədə ilk atom elektrik stansiyasının tikintisinə dair saziş imzalayıb.
Mərkəzi Asiyanın ən böyük ölkəsi olan Qazaxıstan dünyanın ən böyük uran istehsalçısıdır, lakin sovet dövründə nüvə sınaqlarının nəticələrindən zərər görüb.
“Bu gün Balxaş AES-in tikintisi ilə bağlı imzalanmış sazişin rolu vacibdir”, – Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada Rusiya prezidenti Vladimir Putin ilə görüşdə deyib. O, Putinə bu iri layihənin gerçəkləşməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.





