Hadisə

Qazaxlı polkovnikə yeni vəzifə verildi

Dünən / 23:20 1 dəq
Elşən Qapaqov
Dünən / 23:20
Burada sizin reklamınız ola bilər

 Azərbaycan Silahlı Qüvvələrinin Polkovniki  Elşən Rafiq oğlu Qapaqova yeni vəzifə verilib.

Qerbxeber.com-un  əldə etdiyi məlumata görə, o, ordu korpuslarından birinin qərargah rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, əslən Qazax rayonunun Çaylı kəndindən olan zabit  1975-ci ildə anadan olub.

1992-ci ildə  Ali Hərbi Məktəbə , 1994-cü ildə Türkiyənin Kara Harp Okuluna daxil olub. Birinci Qarabağ müharibəsində, Ağdərə və Kəlbəcər uğrunda döyüşlərdə iştirak edib.

Polkovnik Qapaqov,Vətən müharibəsində Ağdərənin və Suqovuşanın azad edilməsində iştirak edib. Antiteror əməliyyatının iştirakçısı olub.  Ali Baş Komandan tərəfindən”Zəfər” ordeni , Ağdərənin və Suqovuçanın azad edilməsi medalları ilə təltif edilib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər