Ermənistanda bu müxalifət partiyası seçkidə iştirakdan imtina etdi
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) keçmiş deputat Tiqran Urixanyanın rəhbərlik etdiyi müxalif “Alyans” Partiyasının iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak qeydiyyatını ləğv edib.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qərar siyasi partiyanın 25 may tarixli müraciəti əsasında qəbul edilib.
Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. 19 siyasi qüvvə Ermənistan Mərkəzi Seçki Komissiyasına iştirak üçün ərizə təqdim edib. Siyahıya əsasən, seçkilərə 17 partiya və 2 blok qatılacaq.




