Avropa

Ukrayna Prezidenti müharibənin bitəcəyi tarixi açıqladı

Bu gün / 11:21 1 dəq
Zelenski (1)
Bu gün / 11:21
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə hakim “Xalqın Xidmətçisi” parlament fraksiyasının üzvləri ilə görüşdə müharibənin qaynar mərhələsinə son qoymaq perspektivləri müzakirə edilib.

Bu barədə mediaya  Ali Radanın deputatı Olqa Vasilevska-Smaqlyuk məlumat verib.

“İclasın böyük hissəsi müharibənin qaynar mərhələsinin sona çatması perspektivinə həsr edilib. Prezident qeyd edib ki, təhlükəsizlik zəmanətləri veriləcəyi təqdirdə noyabra qədər qaynar mərhələnin sona çatması ehtimalı nəzərdən keçirilir”, – o bildirib.

Vasilevska-Smaqlyuk əlavə edib ki, hazırda Ukraynanın cəbhədə istifadə edilən üstünlüyü var. Deputat qeyd edib ki, əsas məqsəd atəşkəsdən sonra Rusiyanın yeni hücumlarına mane olmaqdır.

Ali Radanın digər deputatı Yaroslav Jeleznyak isə iclasda Volodimir Zelenskinin müharibənin nəzəri olaraq bitməsi üçün yeni tarix elan etdiyini deyib:

“Bu tarix noyabr ayıdır”.

Paylaş
Burada sizin reklamınız ola bilər