Dünya

Mark Rutte Rusiyaya xəbərdarlıq etdi: Nəticələr dağıdıcı olacaq

Bu gün / 09:44 1 dəq
Rutte
Bu gün / 09:44
Burada sizin reklamınız ola bilər

Əgər Rusiya nüvə silahından istifadə edərək Ukraynaya zərbə endirmək qərarına gələrsə, dağıdıcı nəticələrlə üzləşəcək.

Qerbxeber.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

“Onlar bilirlər ki, əgər bu baş versə, nəticələr dağıdıcı olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Belarusda Rusiyanın iştirakı ilə nüvə silahının döyüş istifadəsi və nüvə dəstəyi ilə bağlı hərbi təlimlər başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər