Qafqaz

Paşinyan: Son döyüş başladı,”mafiya”nı məğlub edəcəyik

Bu gün / 18:54 1 dəq
Paşinyan seşki
Bu gün / 18:54
Burada sizin reklamınız ola bilər

Ermənistan Baş naziri Nikol Paşinyan seçiciləri ilə görüşü zamanı “Çiçəklənən Ermənistan” partiyasının sədri, oliqarx Qaqik Sarukyana məxsus “Ararat” sement zavodunun milliləşdiriləcəyini açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, o, Sarukyan və digər daxili radikal qüvvələri “mafiya” adlandırıb.

“Növbə “Ararat” sement zavodunundur. Tezliklə oğurlanmış avadanlıqları dövlətə qaytaracağıq. Deyirlər ki, bunu təzə öyrənmisiniz? Biz təkcə öyrənməmişik, həm də sübut etmişik. Bilmək və sübut etmək fərqli şeylərdir. Heç bir fırıldaqçı dövlətə fırıldaq gələ bilməz. Səkkiz ildir mafiyaya qarşı mübarizə aparırıq”, – o vurğulayıb və əlavə edib ki, bu mübarizə son mərhələyə qədəm qoyub.

Paşinyan vurğulayıb ki, erməni xalqı iyunun 7-də keçiriləcək parlament seçkilərində mafiyanı məğlub edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər