ABŞ səfiri Körfəz ölkələrini İran və İsrail arasında seçim aparmağa çağırıb
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi Körfəz dövlətlərini İsrail və İran arasındakı münaqişədə seçim etməyə çağırıb.
Qerbxeber.com Teleqraf.az-a istinadən xəbər verir ki, Hakabiyə görə, bu seçim ərəb ölkələrinin Təl-Əvivlə münasibətlərinin normallaşmasına təsir göstərəcək.
“Hansı tərəfi seçəcəksiniz? Seçimizini edin. Körfəz dövlətləri artıq seçim etməli olduqlarını başa düşürlər. İranın və İsrailin onlara hücum etmə ehtimalı nə qədərdir? Düşünürəm ki, onlar geri dönüb deyə bilərlər ki, İsrail bizə kömək etdi. İran isə hücum etdi. İsrail sizin təbii düşməniniz deyil. İsrail sizi məhv etmək istəmir. İsrail torpaqlarınızı ələ keçirmək istəmir. O mülki ərazilərinizə raket atmır. Bunu kim edir? İran edir.” – səfir qeyd edib.



