İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, Təl-Əviv ABŞ-nin İranla münasibətlərdəki diplomatik səylərini dəstəkləsə də, Tehrandan gələn təhdidləri aradan qaldırmaq üçün tezliklə yenidən hərəkətə keçməyə məcbur ola bilər.

Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf.az “Times of Israel” qəzetinə istinadən məlumat yayıb.

“ABŞ Prezidenti Tramp Baş nazir Benyamin Netanyahu ilə koordinasiyalı şəkildə İranın gələcək nəsillər, azad dünya üçün təhlükə yaratmaması üçün hərbi kampaniyanın məqsədlərinə çatılana qədər səylərini davam etdirəcəklər. Biz bu səyləri dəstəkləyirik və lazımi dəstəyi veririk, lakin tezliklə məqsədlərə çatmağı təmin etmək üçün bizdən yeni tədbirlər tələb oluna bilər” – Katz qeyd edib.