“ABŞ və İran atəşkəsə sadiqdir”.

Qerbxeber.comxəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Tərəflər Pakistanda keçirilən danışıqlarda ilkin mövqelərini ortaya qoydular. Bu normaldır, çünki ilkin mövqelər həmişə problem yaradır. Daha sonra vasitəçilərin dəstəyi ilə bir məqamda onları bir-birinə yaxınlaşdırmağa çalışacaqlar, əsas odur ki, bu, atəşkəsə nail olmağa və onu qorumağa kömək etsin. Gördüyüm qədəri ilə, hər iki tərəf hazırda atəşkəsə səmimi şəkildə sadiqdir”, – Fidan qeyd edib.