Son Xəbərlər
Dünya

Bu gün Pasxa bayramıdır

Bu gün / 18:58 1 dəq
CREATOR: gd jpeg v1.0 (using IJG JPEG v62), quality = 70? CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 70?
Bu gün / 18:58
Burada sizin reklamınız ola bilər

Bu gün dünya pravoslav xristianları Pasxa bayramını qeyd edirlər.

Qerbxeber.com xəbər verir ki, Pasxa — İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd olunan xristian bayramıdır. Xristian inancına görə, Pasxa qırx günlük oruc və ibadət dövrü olan Böyük Orucun kulminasiyası hesab olunur.

Böyük Orucun son həftəsi “Müqəddəs həftə” adlanır. Bu həftəyə Pasxa triduumu — Sonuncu şam yeməyi və ayaqyuma mərasiminin anıldığı Müqəddəs cümə axşamı, eləcə də İsanın çarmıxa çəkilməsinin yad edildiyi Müqəddəs cümə daxildir.

Pasxadan sonra əlli günlük Pasxa dövrü başlayır və bu dövr Müqəddəs Üçlük günü ilə başa çatır.

Pasxanın tarixi günəş və ay təqviminin birləşməsi əsasında hesablanır.

Paylaş
Burada sizin reklamınız ola bilər