Tramp: İrana kömək Çinə baha başa gələcək
İran rejiminə göstərilən hər hansı yardım Çin üçün çox baha başa gələcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CNN telekanalına açıqlamasında bildirib.
Pekinin İrana silah göndərməyə hazırlaşdığı barədə ABŞ kəşfiyyat məlumatlarını şərh edən Tramp vurğulayıb ki, belə bir addım atılacağı təqdirdə Çin ciddi nəticələrlə üzləşəcək: “Əgər Çin bunu etsə, Pekinin böyük problemləri olacaq”.
ABŞ kəşfiyyatının məlumatına görə, Pekin yaxın bir neçə həftə ərzində Tehrana yeni hava hücumundan müdafiə sistemləri tədarük etməyə hazırlaşır. Bu məlumatı kəşfiyyatın son qiymətləndirmələri ilə tanış olan mənbələr təsdiqləyib.





