Son Xəbərlər
Kaya Kallas kiberhücumlarla bağlı bəyanat verdi Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Kaya Kallas kiberhücumlarla bağlı bəyanat verdi Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək
Avropa

Putinin Avropadaki “Troya atı” yola salınır?-Kamran Cəfərovun yazısı

12 aprel / 15:16 3 dəq
12 aprel / 15:16
Burada sizin reklamınız ola bilər
Avropa İttifaqının ən “uzunömürlü” hökumət başçısı və Putinin Avropadaki “Troya atı” Viktor Orban yola salınır?
İlk növbədə qeyd edək ki, Viktor Orban Avropa İttifaqında ən uzun müddət ərzində hökumət başçısı olan adamdır-16 il.
12 apreldə Macarıstanda parlament seçkiləri keçiriləcək, son 16 ildə hakimiyyətdə olan Fidesz partiyası və onun lideri Viktor Orban heç zaman məğlubiyyətə bu qədər yaxın olmayıb.
Macarıstanın dünyada analoqu olmayan unikal seçki sistemi var. Bu sistem xüsusi olaraq elə qurulub ki, qanun çərçivəsində Viktor Orbanın partiyası(Fidesz) əlavə üstünlük əldə etsin.
Parlamentin cəmi 199 deputatı var, 106 deputat majoritar, 93-ü isə proporsional sistemlə seçilir. Majoritar sistemlə keçirilən seçkilər də bir turlu keçirilir.
Macarıstanın majoritar sisteminin spesifik xüsusiyyəti seçki dairələrinin bölünməsidir. Misal üçün kiçik əyalətdən də 1 deputat seçilir, böyük şəhərdən də 1 deputat. Əyalət və kənd dairələrində böyük şəhərlərlə müqayisədə daha az seçici yaşayır, bu isə faktiki olaraq o deməkdir ki, əyalətdə namizəd olan şəxs deputat mandatı qazanmaq üçün şəhərdə namizəd olan şəxsdən daha az səs toplamalıdır. Başqa sözlə, bu sistemdə bir əyalət seçicisinin səsi paytaxt sakininin səsindən daha əhəmiyyətlidir.
Qalan 93 deputat mandatı isə 5 faizlik seçki baryerini keçən partiyalar arasında bölüşdürülür.
Gördüyümüz kimi Tramp və onun komandası Orbanın seçki kampaniyasına qoşulub, amma əks-effekt yaşanır və Orbanın reytinqi enməkdə davam edir.
 Və ümumiyyətlə Orbanın dəstəkçilərinin siyahısı çox “möhtəşəmdir”: Tramp, Netanyahu, Putin.
Müxalif qüvvələrin gördüyü işlər isə əksinə, lazımlı effekt verir: son günlər ərzində Orbanın və onun xarici işlər nazirinin Rusiya ilə təmasları barədə kompromatlar yayıldı, macar cəmiyyəti son dərəcədə narazıdır.
Bütün sorğular və reytinqlər onu göstərir ki, Orban sabah uduzacaq, misal üçün polymarket Orbanın məğlubiyyətinə 72% ehtimal verir.
 Bu gün Avropa üçün çox önəmli gün olacaq.
Kamran Cəfərov
Politoloq
Kamran ceferov
Paylaş
Burada sizin reklamınız ola bilər