Yaxın Şərq

Danışıqlar uğursuz olsa da, diplomatiya bitməyib-İsmayıl Beqai

Bu gün / 11:07 1 dəq
Beqayi
Bu gün / 11:07
Burada sizin reklamınız ola bilər

“İslamabad danışıqları uğursuz oldu, amma diplomatiya heç vaxt bitmir”.

Qerbxeber.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Pakistanın İslamabad şəhərində İran və ABŞ arasında keçirilən danışıqlardan sonra deyib.

O bildirib ki, İran və ABŞ bir sıra məsələlərdə anlaşma əldə ediblər amma 2-3 vacib məsələdə fikir ayrılıqları olub.

Sözçü həmçinin qeyd edib ki, danışıqlar raundu 24 və ya 25 saat davam edib.

“Bu danışıqlar 40 günlük məcburi müharibədən sonra, inamsızlıq və şübhə mühitində keçirildi. Təbii ki, əvvəldən bir görüşdə razılığa gələcəyimizi gözləməməli idik. Bunu heç kim gözləmirdi”, – deyə o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər