Zelenski: Ukrayna Yaxın Şərqin təhlükəsizliyinə tövhə verir
Ukrayna Yaxın Şərqdə təhlükəsizliyə, həqiqətən də töhfə verir.
Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da yayımladığı video çıxışında bildirib.
Onun sözlərinə görə, bazar ertəsi, 13 apreldə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Kiyevin Yaxın Şərqdəki “təhlükəsizlik imkanlarının ixracı ilə bağlı” razılaşmaları barədə məlumat verəcək.
Dövlət başçısı tərəfdaşların onları Ukrayna üçün uğur hesab etdiyini vurğulayıb.
Ukrayna lideri qeyd edib ki, Umerov artıq respublikaya qayıdıb və müqavilələrin layihələrini yekunlaşdırır

