Prezidenti İlham Əliyev Gürcüstana dövlət səfəri edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gədib.
Qerbxeber.com xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Azərbaycan dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıb.
Dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşəcək.
İlham Əliyevin Gürcüstan Prezident Sarayında rəsmi qarşılanma mərasimi keçiriləcək, bundan sonra Mixeil Kavelaşvili ilə Azərbaycan Prezidenti arasında təkbətək görüş planlaşdırılır.
Azərbaycan Prezidenti Gürcüstan Baş naziri ilə Baş nazir Administrasiyasında görüşəcək. İrakli Kobaxidze və İlham Əliyev təkbətək və geniş tərkibdə görüşəcək, daha sonra liderlər media qarşısında birgə bəyanatlarla çıxış edəcək.
Azərbaycan Prezidenti Gürcüstana dövlət səfəri çərçivəsində Qəhrəmanlar Meydanında Qəhrəmanlar Abidəsinin önünə əklil qoyacaq və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edəcək.
Azərbaycan Prezidentinin nümayənə heyətinin tərkibinə xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev daxildir.





