Tramp: İranla müharibə tam qələbə ilə başa çatıb
ABŞ prezidenti Donald Trump ölkəsinin İranla müharibəni tam qələbə ilə başa vurduğunu iddia edib.
Qerbxeber.com xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına açıqlamasında danışıb.
“Biz artıq müharibəni qazanmışıq. Hərbi baxımdan biz bu müharibəni tam qazanmışıq”, – deyə Tramp bildirib.
ABŞ lideri həmçinin qeyd edib ki, Tehran Vaşinqtona 10 neft tankeri vermək qərarına gəlib. Onun sözlərinə görə, əvvəlcə bu say səkkiz olub, daha sonra iki tanker də əlavə edilib.
Tramp əlavə edib ki, ABŞ İranın enerji obyektlərinə zərbələrin 10 gün müddətinə dayandırılması barədə qərar qəbul edib.





