Qafqaz

Tbilisidə II İlya ilə vida mərasimi keçirilir

22 mart / 12:04 2 dəq
22 mart / 12:04
Burada sizin reklamınız ola bilər

Tbilisidəki Müqəddəs Üçlük (Sameba) kafedral kilsəsində Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Biçvinta və Sxum-Abxaziya mitropoliti II İliya ilə vida və dəfn mərasimi keçirilir.

Qerbxeber.com  Teleqraf.az-a istinadən xəbər verir ki, kilsədə dini ayinlər və xüsusi liturgiya səhər saat 09:00-dan etibarən başlayıb.

Vida mərasimində Gürcüstanın Baş naziri, Prezidenti, Tbilisi şəhərinin meri, hökumət üzvləri və parlament nümayəndələri iştirak edirlər. Həmçinin kilsənin ətrafına minlərlə vətəndaş toplaşaraq ölkənin mənəvi lideri ilə vidalaşır.

Mərasimin proqramına əsasən, II İliya bu gün Sioni kafedralında torpağa tapşırılacaq. Bildirilib ki, dəfn zamanı kilsəyə kənar şəxslərin girişi məhdudlaşdırılacaq və həmin an məkanda yalnız ali ruhanilər iştirak edəcəklər.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti hazırda Tbilisidədir və rəsmi qonaq qismində vida mərasimində iştirak edir.

Paylaş
Burada sizin reklamınız ola bilər