Dünya

Heqset: İrana artıq Hörmüz boğazı barədə xəbərdarlıq edilib

11 mart / 06:57 1 dəq
Heqset
11 mart / 06:57
Burada sizin reklamınız ola bilər

“ABŞ Hörmüz boğazında hər hansı bir təhlükəsizlik təhdidinə qətiyyətlə cavab verməyə hazırdır”.

Qerbxeber.com xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib.

Vaşinqtonun strateji əhəmiyyətli boğazın girov götürülməsinə icazə verməyəcəyini vurğulayan Pentaqon rəhbəri İran hökumətinə artıq rəsmi xəbərdarlıq göndərildiyini deyib.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 10 martda Hörmüz boğazı yaxınlığında 16 mina gəmisi də daxil olmaqla İranın Hərbi Dəniz Donanmasının gəmilərinin zərərsizləşdirildiyini açıqlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər